Macarlar Quzey Kıbrıs Türk Cümhuriyyətinə böyük maraq göstərir

Macarıstanın Əgər şəhərində təşkil edilən Quzey Kıbrıs Türk Cümhuriyyətinin təqdimat gününə Macarlar böyük maraq göstərib.

258844
Macarlar  Quzey Kıbrıs Türk Cümhuriyyətinə böyük maraq göstərir

Macarıstanın Əgər şəhərində təşkil edilən Quzey Kıbrıs Türk Cümhuriyyətinin təqdimat gününə Macarlar böyük maraq göstərib.
Tədbirdə çıxış edən Şimali Kıbrıs Türk Cümhuriyyətinin Budapeştdəki nümayəndəsi səfir Arif Altay Kıbrıstaki son siyasi vəziyyətdən danışaraq macarları ora dəvət edib.
Səfir Arif Altay “Son illərdə Macarıstan turistləri, Kıbrısa böyük maraq göstərir. Bu marağın artaraq davam etdiyini görürük. Ümumiyyətlə, macarlar Şimali Kıbrıs Türk Cümhuriyyətinə yaxşı münasibət göstərirlər” deyə bildirib.
Səfir Altay, tanıtım proqramlarının Macarıstan daxilində davam edəcəyini də vurğulayıb.
Təqdimat proqramında Yunus Emre İnstitutu Budapeşt Türk Mədəniyyət Mərkəzi müdiri Yaqub Gül də iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr