Türkiyə Beynəlxalq Özbəkistan Turizm sərgisində

Köklü tarix və zəngin mədəni mirasa sahib olan Özbəkistan turizm sektorunu canlandırmaq niyyətilə böyük bir sərgiyə ev sahibliyi edir.

253874
Türkiyə Beynəlxalq Özbəkistan Turizm sərgisində

  Paytaxt Daşkənddə Beynəlxalq Özbəkistan Turizm sərgisi qapılarını səyahət həvəskarlarının üzünə açıb.

  Sərgidə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yollarının ortaq stendi altında Türkiyədən olan bir çox turizm firması da iştirak edib.

  Açılışda olan Türkiyənin Özbəkistan üzrə səfiri Namık Güner Erpul həmyerlilərinin stendinə baş vurub. Daşkənddə Türkiyənin Mədəniyyət və Tanıtma müşaviri Ərdoğan Tolan isə Özbəkistandan Türkiyəyə gələn turist sayında əhəmiyyətli artım olduğunu dilə gətirib.

  Özbəkistanın milli musiqi və yerli rəqslərinin olduğu sərgi gələnlərə zövqlü anlar yaşadıb.

  Sərgi çərçivəsində açılan klassik avtomobil sərgisi də hamının marağına səbəb olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr