Gürcüstanda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan sərgi a

Sərgidə Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü çıxış edib

253335
Gürcüstanda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan sərgi a

Tiflisdə fəaliyyət göstərən Gürcüstanın parlament kitabxanasında Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan sərgi açılıb.
Türkiyənin Gürcüstandakı səfirliyinin və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanan sərgi “Savaşdan barışa uzanan yol” adlandırılıb. Sərgi İstanbul Dövlət Arxivinin materialları, foto şəkilləri əsasında təşkil olunub.
Sərgidə çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Zeki Levend Gümrükçü Çanaqqala zəfərindən söhbət açaraq savaşdan 100 il keçməsinə baxmayaraq hələ də Türk xalqı tərəfindən şəhidlərin ehtiramla xatırlandığını və onların xatirələrinin şərəflə əziz tutulduğunu bildirib. Sonra diplomat Çanaqqala savaşının tarixi əhəmiyyəti olduğunu və bu müharibədə türk əsgərinin qəhrəmanlığını xatırladıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr