Beynəlxalq Rəqs Günü İstanbulda qeyd ediləcək
İstanbul Dövlət Opera və Baleti "Beynəlxalq Rəqs Günü"nü, Kadıköy Bələdiyyəsi Süreyya Operasının səhnəsində qeyd edəcək.
253038
Hər il aprelin 29-da qeyd olunan "Beynəlxalq Rəqs Günü" münasibətilə, bu il 28, 29, 30 aprel tarixlərində 3 fərqli nümayiş təqdim ediləcək.
Tədbirlər çərçivəsində, bir çox istedadlı sənətçini bir araya gətirən, “Shaman Dans Teatrı’’ aprelin 28-də səhnədə olacaq.
İstanbul Dövlət Opera və Baleti ilə Müasir Rəqs Birliyi tərəfindən dörd fərqli xoreoqrafiya əsərləri də səhnələnəcək. Qeyd edək ki, tədbir aprelin 30-da qala gecəsi ilə sona çatacaq.
Әlaqәli Xәbәrlәr

Antalya mәşhur aktrorlara ev sahibliyi edәcәk
Turizmin paytaxtı Antalya Hollywood ulduzlarını qəbul etməyə hazırlaşır.