Azərbaycanda Çanaqqala coşqusu

Bakıda “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda tədbir keçirilib.

241390
Azərbaycanda Çanaqqala coşqusu

Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və Türkiyə şəhidlərini anma tədbiri keçirilib. “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda tədbir TİKA Bakı koordinatorluğu, Gəncliyə Yardım Fondu və Azərbaycan Milli QHT Formunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra isə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Bundan başqa tədbirdə Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat müşaviri Həmid Karadəniz, Şimali Kipr türk Cümhuriyyəti Bakı nümayəndəsi Sadəddi Topukçuy, TİKA-nın Bakıdakı koordinatoru Mustafa Haşim Polat çıxış edib. 3 saat davam edən mərasimdə “Savalan” musiqi qrupunun ifasında qəhrəmanlıq nəğmələri səsləndirilib, şanlı Çanaqqala qələbəsini əks etdirən videoçarx nümayiş olunub və Azərbaycan türkcəsinə uyğunlaşdırılan “Eşq Cəbhəsi” kitabının təqdimatı keçirilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr