4-cü Roma-Türkiyə Film Festivalının açılışı olub

Ötən gün İtaliyanın paytaxtı Romada 4-cü Roma-Türkiyə Film Festivalının açılışı keçirilib.

239553
4-cü Roma-Türkiyə Film Festivalının açılışı olub

  Qala gecəsi sənət adamları ilə Türkiyə və İtaliya film sevərlərini bir yerə toplayıb.

  Mərasimdə Roma-Türkiyə Film Festivalının fəxri prezidenti Ferzan Özpetek tərəfindən teatr, televiziya, kino və musiqi sənətində uzun illərdir sənətə verdiyi töhfələrinə görə Türkiyəli aktrisa Hümeyraya “Onur mükafatı” verilib.

  Festivalın qonaqları olan Kenan İmirzalıoğlu və Çağatay Ulusoy belə bir festivalda iştirak etdiklərindən məmnun olduqlarını dilə gətirərək əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

  Roma-Türkiyə Film Festivalı aprel ayının 19-na qədər davam edəcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr