UNESCO-da "Qorqud irsi və türk dünyası"

“Kitabi-Dədə Qorqud”un ilk çap versiyasının 200 illiyinə həsr olunan “Qorqud irsi və türk dünyası” mövzusunda tədbir keçiriləcək.

229722
UNESCO-da "Qorqud irsi və türk dünyası"

UNESCO-da “Qorqud irsi və türk dünyası”

Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə aprelin 15-də qurumun mənzil-iqamətgahında UNESCO-nun 70 illiyinə və türk dünyasının eposu “Kitabi-Dədə Qorqud”un ilk çap versiyasının 200 illiyinə həsr olunan “Qorqud irsi və türk dünyası” mövzusunda tədbir keçiriləcək.

Tanınmış ictimai-siyasi xadimlərin, UNESCO rəsmlərinin iştirakı ilə keçiriləcək tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların ilk yazılı əsər hesab edilən “Kitabi-Dədə Qorqud” dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə elmi məruzələri dinləniləcək.

Sonda 4 ölkənin incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr