Julio Iglesiasİstanbulda konsert proqramı ilə çıxış edib

İspaniyalı müğənni Julio Iglesias son Dünya turnesi çərçivəsində İstanbulda konsert proqramı ilə çıxış edib.

264071
Julio Iglesiasİstanbulda konsert proqramı ilə çıxış edib

Dünyaca məşhur İspaniyalı müğənni Julio Iglesias son Dünya turnesi çərçivəsində İstanbulda konsert proqramı ilə çıxış edib.
"Amor Amor", "Natalie", "Cumparsita" kimi sevilən mahnılarını ifa edən sənətçi İstanbula ilk dəfə 1971-ci ildə gəldiyini xatırladıb.
Karyerası boyunca “Grammy” də daxil olmaqla saysız mükafat qazanan Julio Iglesiasın İstanbul konsertinə sevənləri böyük maraq göstərib.
Qeyd edək ki, İspan müğənni indiyə kimi 600 şəhərdə beş mindən artıq konsert verərək səksəndən artıq albom buraxıb.
Üç yüz milyondan artıq albom satan Julio Iglesias indiyə kimi bir çox məşhur sənətçilə duetlər də səsləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr