34-cü İstanbul Film Festivalı 4 Apreldə başlayır

62 ölkədən 200-dən çox filmin nümayiş ediləcəyi festival, iki həftə davam edəcək.

257316
34-cü İstanbul Film Festivalı 4 Apreldə başlayır

62 ölkədən 200-dən çox filmin nümayiş ediləcəyi festival, iki həftə davam edəcək.
İstanbul Mədəniyyət Sənət Vəqfi tərəfindən təşkil edilən festivalda, Türk və dünya kinosunun mükafat qazanmış filmləri nümayiş ediləcək.
Festivalın Şərəf Mükafatları bu il rejissor və prodüser Yılmaz Atadeniz, musiqiçi Cahit Berkay, aktrisa Nebahat Çehre, ssenarist və rejissor Safa Önal və aktyor Süleyman Turana veriləcək.
‘‘Sərxoş Atlar Zamanı’’, ‘‘Kaplumbağalar da Uçar’’ filmləriylə tanınan İranlı rejissor Bahman Ghobadi isə Festivalın bu ilki qonaqları arasında olacaq.
Türk kinosunun şah əsərlərindən, Metin Erksan imzalı ‘‘İlanların qisası’’ filmi festivalda yenilənmiş versiyası ilə nümayiş ediləcək.
Festivalın həyəcanla gözlənilən bölümleri əlbəttə Milli və Beynəlxalq Qızıl Lalə mükafatıdır.
Bu il Beynəlxalq Qızıl Lale mükafatını qazanmaq üçün 12 film mübarizə aparacaq.
Qeyd edək ki, ən yaxşı filmə 150 min lirə, ən yaxşı rejissora isə 50 min lirə mükafat veriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr