23 Aprel Uşaq Şǝnliyi Antalyada keçirilǝcǝk

37-ci dǝfǝ tǝşkil edilǝcǝk 23 Aprel Uşaq Şǝnliyini TRT cari il Antalyada tǝşkil edǝcǝk.

257189
23 Aprel Uşaq Şǝnliyi Antalyada keçirilǝcǝk

37-ci dǝfǝ tǝşkil edilǝcǝk 23 Aprel Uşaq Şǝnliyini TRT cari il Antalyada tǝşkil edǝcǝk.
TRT-nin Baş direktorunun müavini İbrahim Әrǝn, Böyük Xilaskar Mustafa Kamal Atatürkün uşaqlara ǝrmağan etdiyi 23 Aprel Bayramının TRT tǝrǝfindǝn 1979-cu ildǝn tutmuş beynǝlxalq tǝdbirlǝrlǝ qeyd edildiyini xatırladaraq, bu ilki hazırlıqlara Suriya vǝ İraqda yaşanan terror vǝ vǝtǝndaş müharibǝsinǝ görǝ kǝdǝrli başladıqlarını vurğulayıb.
Şǝnlik çǝrçivǝsindǝ dünyanın müxtǝlif ölkǝlǝrindǝn indiyǝdǝk 30 mindǝn artıq uşağı qonaq etdiklǝrini bildirǝn Әrǝn, cari il Antalyada baş tutacaq şǝnliyǝ 50 ölkǝdǝn uşaqların qatılacağına diqqǝt çǝkib.
İbrahim Әrǝn, 15-23 Aprel tarixlǝrindǝ keçirilǝcǝk tǝdbirdǝ, şǝhǝrin müxtǝlif yerlǝrindǝ nümayişlǝr olacağını, qonaq ölkǝ uşaqlarının şǝhǝrin tarixi vǝ turistik yerlǝrini gǝzǝcǝklǝrini bildirib.
Şǝnlik müddǝtindǝ tǝhlükǝsizlik tǝdbirlǝrinin görüldüyünü vurğulayan Әrǝn deyib ki, şǝnliğimizin ǝn gözǝl şǝkildǝ keçirilǝcǝyinǝ vǝ uşaqlarımız arasındakı bu yaxınlaşmanın gǝlǝcǝkdǝ dünya sülhünǝ mühüm dayağının olacağına ümid edirǝm.
Antalya vilayǝtinin valisi Muammǝr Türkǝr dǝ bir milli bayramın uşaqlara ǝrmağan edildiyi yǝgânǝ ölkǝnin Türkiyǝ olduğunu vurğulayıb vǝ tǝdbir Antalyada keçirilǝcǝyinǝ görǝ TRT-yǝ tǝşǝkkür edǝrǝk deyib ki, keçirilǝcǝk tǝdbirlǝ Antalyanın gözǝlliklǝri bir daha dünyaya tanış edilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr