İslam "sülh və güzəşt" dinidir

İslamın “sülh və güzəşt” dini olduğu, 16 dildə hazırlanan videocarxla nümayiş etdirilib.

249535
İslam "sülh və güzəşt" dinidir

Mərmərə Universitetinin İlahiyat fakultəsinin tələbələri İslamın “sülh və güzəşt” dini olduğunu, 16 dildə hazırladıqları videocarxla nümayiş etdiriblər.
Ümumiyyətlə son dövrlər Avropada İslam dininə qarşı aqressivliyin artması və Fransadakı karikatura jurnalı olan “Charlie Hebdo”-ya hücumlardan sonra yaranan islamofobiyanın yanlış bir addım olduğunu bildirmək məksədi ilə fərqli ölkələrdən olan 30 tələbə bu dinin “sülh və güzəşt” dini olduğunu izah etmək üçün kompaniya başladıblar.
Kompaniya çərçivəsində tətil zamanı öz ölkələrinə gedən tələbələr İslam dininin gözəlliklərindən və “Qurani-Kərim”-in ayətlərindən bəhs edən bir videoçarx hazırlayıblar.
Təxminən bir aya tamamlanan bu videoçarx artıq sosial şəbəkələrdə də yayılmağa başlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr