İbo qoyunu nuş və Canla yedi

Müalicə üçün ABŞ-a gedən İbrahim Tatlısəsin başına bu uzaq diyarda manqal keyfi çıxıb və “kabab sevdası” uğrunda Miami qaydalarını tapdalayıb.

229491
İbo qoyunu nuş və Canla yedi

  ABŞ-a gedən kimi Sibel Canla görüşən usta sənətçi bir axşam onun Miamidəki lüks evinə bir qoyunla girib.

  Sibel Can o gecə barədə belə deyib: "İbrahim Miamini yandırıb yaxdı. Bir qoyunla gəldi evimə “kabab edəcəyəm” deyə. Miami qaydalarına görə balkonda manqal qalamaq qadağandır, amma onun vecinə olmadı. Öz əlləriylə qoyunu kəsdi. Kabab, qızartma bişirdi. Evdə nə qədər tava varsa, istifadə etdi. Ay nələr etdi, nələr! Çox kefli və çox gözəl anlar oldu mənim üçün də. Əsas odur ki, İbrahimin əhvalı çox yaxşıdır və özünü çox yaxşı hiss edir”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr