‘‘Türk kəndi’’-ndə karnaval həyəcanı

Belçikanın ‘‘Türk kəndi’’ olaraq tanınan Faymonville kəndində təşkil edilən ənənəvi karnavala çox sayda kənd sakini qatılıb.

220731
‘‘Türk kəndi’’-ndə karnaval həyəcanı

Belçikanın ‘‘Türk kəndi’’ olaraq tanınan Faymonville kəndində təşkil edilən ənənəvi karnavala çox sayda kənd sakini qatılıb. Karnavalda atla Türk bayrağını daşıyan insanlar və hərbi musiqi dəstəsi böyük rəğbətlə qarşılanıb.
Karnavala Belçika və qonşu ölkələrdən gələn Türklər qatılıb.
‘‘Türk kəndi’’adlandırılan bu kənd 8-ci əsrə söykənən müxtəlif rəvayətlərə malikdir. Rəvayətə görə, Osmanlıya qarşı Kilsənin tədbiq etdiyi vergiləri ödəməyən kənd sakinləri və müsəlmanlarla ittifaqda olanlar ‘‘türk’’ adlandırılıb.
Qeyd edək ki, karnaval mövsümü Almaniyada da açılıb.
Nümayişlərinin ən rəngli yaşandığı şəhər isə Köln olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr