Robin Williamsın həyat yoldaşı və üç uşağı qarşı-qarşıya

Robin Williamsın həyat yoldaşı və üç uşağı qarşı-qarşıya

207872
Robin Williamsın həyat yoldaşı və üç uşağı qarşı-qarşıya

  2014-cü ilin avqustunda 63 yaşındaykən intihar edən, Oscar mükafatlı amerikalı məşhur aktyor Robin Williams ölümündən sonra arxasınca böyük bir qalmaqal qoyub. Onun əvvəlki evliliklərindən olan üç uşağı ilə axırıncı arvadı Susan Williams arasında miras davası gedir, xüsusən də aktyora aid əşyalar üstündə.

  İş məhkəməyə çıxıb. Susan Williams aktyorun uşaqlarını Robinə aid əşyaları o ölmədən əvvəl yaşadığı Tiburondaki evindən icazəsiz daşımaqda günahlandırıb. Halbuki aktyor mirasındakı bütün xüsusi əşyalarını, kolleksiyalarını və 40 illik karyerası ərzində qazandığı mükafatları uşaqlarına, Tiburonda yaşadığı evi isə Susana buraxıb.

  Robin Williamsın uşaqları isə Susan Williamsın acgöz davrandığını və atalarının istəklərini dəyişdirməyə çalışdığını deyirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr