"Çölçü" filmi müsabiqәdә"

Tanınmış rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi daha iki beynəlxalq kinofestivalın əsas müsabiqəsində iştirak edəcək.

197213
"Çölçü" filmi müsabiqәdә"

Tanınmış rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi daha iki beynəlxalq kinofestivalın əsas müsabiqəsində iştirak edəcək. Rejissor bildirib ki, Hindistanda keçiriləcək “II Noida Beynəlxalq film festivalı-2015”də “Çölçü” ən yaxşı bədii film, rejissor, ssenari yazarı, operator, aktyor və aktrisa və digər nominasiyalarda yarışacaq. Mükafatlar 2015-ci il fevralın 14-də təqdim olunacaq.
“Çölçü” filmi, həmçinin 2015-ci il martın 6-dan 15-dək Avstraliyanın Bayron Bey şəhərində keçiriləcək IX Bayron Bey Beynəlxalq film festivalında (Byron Bay International Film Festival) bir neçə mükafat üçün yarışacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycan film” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənovdur.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr