"Belçikada Azәrbaycan külәyi"

Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının növbәti sərgisi açılıb

196860
"Belçikada  Azәrbaycan külәyi"

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə Vaterloo şəhərində Azərbaycanın gənc rəssamlarının növbәti sərgisi açılıb.
Fevralın 21-dək davam edəcək sərgidə 23 rəssam və bir heykəltəraşın 105 əsəri nümayiş olunur.
Azәrbaycanın Belçikadakı sәfiri Fuadİsgәndәrov, sərginin açılış mərasimində etdiyi çıxışda, Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik ölkə kimi tanındığını ifadә edәrәk, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gün bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Diplomat bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq məktəbi ənənələrinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr