Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil edib.

163287
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ziyafət təşkil edib.
Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələrinin və Türkiyǝdǝ yaşayan Azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
İştirakçıları bayram münasibəti ilə təbrik edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və başqaları çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli bayram kimi qəbul olunmasının tarixi əhəmiyyətindən danışıblar.
Çıxışlarda qeyd olunub ki, hər ilin sonuncu günü Azǝrbaycanlıların böyük sevgi ilə qeyd etdiyi bu bayram Türk xalqların birliyi üçün güclü stimuldur. Diqqətə çatdırılıb ki, dünya Azərbaycanlılarının həmrəyliyi Azǝrbaycan üçün böyük bir sərvətdir. Soydaşlar harada yaşamaqlarından asılı olmayaraq Azərbaycan həqiqətlərinin təbliğində, o cümlədən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında fəal olmalıdırlar.
Tǝdbirdǝ daha sonra Azərbaycanlıların həmrəyliyi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsə İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin diplomları təqdim olunub.
Ziyafət rəngarəng konsert proqramı ilə davam etdirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr