Rus milyaderdәn 4.8 milyard dollarlıq hәdiyә

Rusiyalı milyarder Nobel mükafatını sahibinə geri vermək üçün satın alıb.

143507
Rus milyaderdәn 4.8  milyard  dollarlıq hәdiyә

Rusiyalı milyarder Nobel mükafatını sahibinə geri vermək üçün satın alıb.
Rus milyarder Alişer Usmanov, 86 yaşlı ABŞ alimi Ceyms Vatsonun hərraca çıxardığı Nobel mükafatını sahibinə geri vermək üçün satın aldığını açıqlayıb.
BBC-nin verdiyi xəbərə görə, Usmanov, keçən həftə keçirilən hərraca telefonla qatılaraq medalı 4,8 milyon dollara satın aldığını və onu Vatsona qaytarmaq istədiyini söyləyib.
Şirkətləri olan Usmanov, ABŞ aliminin Nobel medalını satmaq məcburiyyətində qalmasından keçirdiyi narahatlığı dilə gətirərək, bunun qəbul edilməz olduğunu bildirib. Usmanov, “Ceyns Vatson, tarixin ən əhəmiyyətli bioloqlardan biridir və DNT quruluşunun kəşfi üçün verilən mükafat ona aiddir” deyə bildirib.
Qeyd edək ki, Ceyms Vatson DNT quruluşunun kəşfi sayəsində 1962-ci ildə Nobel tibb mükafatına layiq görülmüşdü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr