Əziz Nicholas, ölümünün ildönümündə anılıb

Əziz Nicholas, ölümünün ildönümündə Antaliyanın Demre rayonundakı “Noel Baba Kilsəsində” təşkil edilən ayinlə anılıb.

139341
Əziz Nicholas, ölümünün ildönümündə anılıb

Şaxta Baba olaraq tanınan Xristianlıq aləminin əhəmiyyətli adlarından Əziz Nicholas, ölümünün ildönümündə Antaliyanın Demre rayonundakı “Noel Baba Kilsəsində” təşkil edilən ayinlə anılıb.
Dünən Demredəki ayinə İstanbul Fənər Rum Patriarxı və Yunanıstandan gələn 10 din adamı qatılıb.
Yunanıstanın İzmir baş konsulu Teodor Takiris və xanımının da iştirak etdiyi ayində təxminən 300 nəfər olub.
Miladdan sonra dördüncü əsrdə dekabr ayının 6-sı öldüyü qəbul edilən Nicholas üçün təşkil edilən ayini İstanbul Fənər Rum Patriarxı keçirib. Ayində ilahilər oxunub və dualar edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr