Azərbaycanda Mədəniyyət Günləri

Noyabrın 22-dən 27-dək Azərbaycanda Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək.

198438
Azərbaycanda Mədəniyyət Günləri

Noyabrın 22-dən 27-dək Azərbaycanda Türkiyə Cümhuriyyətinin Mədəniyyət Günləri keçiriləcək.
Verilən məlumata görə, ilk dəfə keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Mədəniyyət və Turizm naziri Ömər Çelikin rəhbərlik etdiyi nümayəndə heyətinə daxil olan tanınmış incəsənət ustaları Azərbaycana səfər edəcəklər.
Tədbir çərçivəsində noyabrın 25-26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever", "Yozgat Bules" filmlərinin nümayişi, noyabrın 26-27-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış və s. tədbirlər keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr