Qısametrajlı film müsabiqəsi

Avropa İttifaqı Türkiyə Nümayǝndǝ Heyǝti 10 dekabr İnsan Hüquqları Günü münasibətilə film müsabiqəsi keçirir.

181730
Qısametrajlı film müsabiqəsi

Avropa İttifaqı Türkiyə Nümayǝndǝ Heyǝti 10 dekabr İnsan Hüquqları Günü münasibətilə film müsabiqəsi keçirir.
Qısametrajlı Film müsabiqəsində fərdlərin insan hüquqları ilə bağlı maarifləndirmə xarakteri daşıyır. Müsabiqəyə təqdim olunan filmlər noyabrın 7-dək təqdim olunmalıdır.
 " http://www.avrupa.info.tr/en/eu-and-human-rights/eu-short-film-competition.html" saytına daxil olmaqla müsabiqə haqqında ətraflı məlumat almaq olar.
Müsabiqənin nəticələri 4-cü Avropa İttifaqı İnsan Hüquqları Film Günləri çərçivəsində 10 dekabr 2014-cü il Ankarada keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.
“İnsan Qüruru və İfadə Azadlığı" adlı müsabiqədə finala çıxan filmlər, 5-19 dekabr 2014 tarixləri arasında təşkil ediləcək 4-cü Avropa İttifaqı İnsan Hüquqları Film Günləri çərçivəsində Ankara, Çanaqqala, Әskişehir, Mersin, Sinop və Vanda kinosevərlərə təqdim ediləcək.
Müsabiqədə ilk üç yerə daxil olan filmlərin rejissorlarına HD kamera, planşet və səsli video proqram təqdim olunacaq. Bu üç rejissor bundan başqa Avropanın ən əhəmiyyətli festivallarından Oberhausen Qısametrajlı Film Festivalını izləmə fürsəti əldə edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr