İstanbul "Gənc müsəlmanların" paytaxtı oldu…

İslam Konfransı və Əməkdaşlıq Gənclik Forumunda İstanbul İslam ölkələrinin paytaxtı seçilib.

154103
İstanbul "Gənc müsəlmanların" paytaxtı oldu…

45 ölkənin iştirakı ilə İstanbulda reallaşan 2-cı İslam Konfransı və Əməkdaşlıq Gənclik Forumunda İstanbul İslam ölkələrinin paytaxtı seçilib. Forumun bağlanış mərasimində çıxış edən Gənclər və İdman naziri Akif Çağatay Qılınc İslamafobiyanın çox ciddi bir problem olduğunu və İslam dininin adının terrorla bir araya gətirilməsinin yanlış bir addımı olduğunu söyləyib. Müsəlmanın etdiyi səhvin İslam dininin adına başlanmasına qarşı çıxan nazir "dünyanı dəyişdirəcək olan genclərdir" deyib.
İslam Əməkdaşlıq Təşkilatının bu il vəzifəyə başlayan baş katibi İyad Amin al-Madani də iştirakçılar arasında olub. baş katibin gündəmində isə İslam dünyasında və xüsusilə Yaxın Şərqdə yaşanan problemlər vardı. Müsəlman gənclərin maraqlarını müdafiə missiyasını daşıyan Forum iştirakçılar tərəfindən bəyanatın imzalanması ilə sona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr