Eyfel Qülləsinin birinci mərtəbəsinin döşəməsi şüşə ilə örtülüb

Dünyanın ən məşhur turistik yerlərindən olan Parisdəki Eyfel Qülləsinin birinci mərtəbəsinin döşəməsi şüşə ilə örtülüb.

150260
Eyfel Qülləsinin birinci mərtəbəsinin döşəməsi şüşə ilə örtülüb

Dünyanın ən məşhur turistik yerlərindən olan Parisdəki Eyfel Qülləsinin birinci mərtəbəsinin döşəməsi şüşə ilə örtülüb.
Bir il davam edən və 30 milyon avroya başa gələn şüşə döşəmə 57 metr yüksəkdən mənzərəni görməyə imkan yaradır. Havada gedirmiş kimi təəssürat yaradan döşəmənin yanında barmaqlıqların bir hissəsi də şüşə ilə örtülərək görünüş sahəsi genişləndirilib. Ən yüksək zirvəsindən Parisin seyr edildiyi, Fransız İnqilabının yüzüncü ildönümü münasibətilə 125 il əvvəl açılan qüllə 18 min dəmir parçadan hazırlanıb. Dünyanın ən çox ziyarət edilən pullu abidəsi olan qüllə ildə təxminən 7 milyon ziyarətçini qəbul edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr