Daşkǝnt Turizm sǝrgisi
Özbǝkistanda, 20-ci Daşkǝnt Turizm sǝrgisi açılıb.
Özbǝkistanda, 20-ci Daşkǝnt Turizm sǝrgisi açılıb.
Dünya Turizm Tǝşkilatının dǝstǝyi ilǝ Özbǝk Turizm İdarǝsi tǝrǝfindǝn tǝşkil edilǝn sǝrgi böyük rǝğbǝtlǝ qarşılanıb.
Türkiyǝnin şǝrǝf qonağı olduğu sǝrgiyǝ, aralarında İspaniya, İtaliya, Çex Cümhuriyyǝti, İran, Misir, Malayziya, Birlǝşmiş Әrǝb Әmirliklǝri vǝ Türkiyǝnin olduğu 30 ölkǝdǝn turizm şirkǝti vǝ firmaları qatılıb.
Türkiyǝ bu sǝrgidǝ 11-ci dǝfǝdir ki iştirak edir.
Sǝrgiyǝ qatılan Mǝdǝniyyǝt vǝ Turizm nazirinin müavini Әbdurrǝhman Arıcı, Özbǝkistanın turizm sahǝsindǝ viza rejimini asanlaşdırması vǝ buraya tǝyyarǝ sǝfǝrlǝrinin artması ilǝ Türkiyǝdǝn turistlǝrin sayının da artacağını deyib.
Türk Hava Yolları Daşkǝnt nümayǝndǝsi Oktay Hayrat da Özbǝkistana iki ildir dalbadal ǝn çox turist daşıyan hava yolu şirkǝti olduqlarını qeyd edib.
Әlaqәli Xәbәrlәr
Safranbolu "Sakit şəhər" oldu
Türkiyenin Karabük rayonunun Safranbolu qəsəbəsi "Sakit şəhər' (Cittaslow) ünvanını aldı