Dünya Köçǝri Oyunları

Qırğızıstanda bu il ilk dǝfǝ təşkil edilən Birinci Dünya Köçǝri Oyunları ötǝn gün start alıb.

120550
Dünya Köçǝri Oyunları

Qırğızıstanda bu il ilk dǝfǝ təşkil edilən Birinci Dünya Köçǝri Oyunları ötǝn gün start alıb.
İssık gölü bölgəsindəki tətil mərkəzi Çolpon Ata şəhərindəki cıdır meydanında reallaşdırılan və köçəri xalqların milli idman ənənələrini inkişaf etdirməyi və tanıtmağı qarşısına məqsəd qoyan Birinci Dünya Köçǝri Oyunlarını prezidenti Almazbek Atambayev açıq elan edib.
Açılış mǝramisi başladığı vaxt Dövlǝt rǝhbǝri Rəcəb Tayyib Ərdoğanın göndərdiyi tǝbrik mǝktubu nəhəng ekranlarda göstərilib.
Atambayev, açılış çıxışında, Türkdilli Dövlǝtlǝrin Əməkdaşlıq Şurası (TDİK) üzvləri Qazaxıstan, Azərbaycan və Türkiyə Prezidentinə oyunların Qırğızıstanda təşkil edilmǝsinǝ verdikləri dəstəyǝ görǝ təşəkkür edib.
Dünya Köçǝri Oyunlarının xalqların dostluq və birliyini gücləndirəcəyinə işarə edən Atambayev, "Keçən əsrlərdə xəritədən bir çox dövlət silindi. Bir çox xalq yox oldu. Lakin, köçəri mədəniyyəti yaşamağa davam edir. Köçǝri həyatının gücü, dəyişən dünyada təbiətdən asılıdır" deyə bildirib.
Oyunlar üçün hazırlanan səhnədə, milli Qırğız paltarlı gənc qızların rəqs nümayişinə, səhnə arxasında qurulan ekranlarda köçəri həyat mədəniyyəti, qırğızların tarixçi və ədəbiyyatçılarının şəkillərilǝ yanaşı idman ənənələrin videoçarxları göstǝrilib.
Tǝdbirdǝ, köçəri xalqların həyatlarını onların mübarizǝlǝrini şǝrh edǝn mǝruzǝlǝr tǝqdim edilib.
Oyunlara ǝn çox Qırğızıstan, Türkiyə və Qazaxıstandan qrupların qatıldığı diqqəti çəkib.
Birinci Dünya Köşǝri Oyunları çərçivəsində, kök Börü (oğlaq kapmaca), Qırğız güləşi, alış (güləş), oodarış (at belində güləş), at çabış, corgo salış (rahvanlı qaçış), qız kuumay (qız qaçısı), KUNA cabış (uzun məsafəli at qaçışı), toguz korgool (doqquz daş kumalak oyunu) adlı müsabiqǝlǝr keçirilǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr