Orta Asiya’dan Balkanlara musiqi körpüsü

Orta Asiya’dan Balkanlara musiqi körpüsü

114756
Orta Asiya’dan Balkanlara musiqi körpüsü

Orta Asiya’dan Balkanlara musiqi körpüsü ...

5-ci beynalxalq Türk dilli Musiqi Festivalı Türkvizyon Sentyabrın 10-13 Dәnizli vilayətindә keçirəcək.

Albaniya’dan tutmuş Qırğızıstan’a qәdәr 22 ölkənin sənətçiləri mahnılarını Türk dilindә saslәndirәcәk.

3 gün davam edəcək festival, TRT Müzik, TRT Avaz vә 8 ölkənin televiziyası vasitәsi ilə yayımlanacaq.

Türkiyə’ni festivalda Rafet El Roman təmsil edəcək.

İqtisadiyyat Naziri Nihat Zeybekci, Dәnizli’dә təşkil edilən mətbuat konfransında festivalın Türkiyə’nin təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

TRT baş direktoru İbrahim Şahin isә jurnalistlərә açıqlamasında Eurovision 2015 mahnı yarışmasında Türkiyә’nin iştirak etmәyәcәyini bildirib.

"Avropa Yayım Birliyi açıq şəkildә üzrxahlıq ətdi, lakin tәk üzr istəməklə kifayətləndi. Bizim dəyişməsini istədiyimiz sәsvermә qaydaları və şərtlərlə əlaqədar ciddi düzəliş etmədikləri üçün biz 2015 ildә eurovision mahnı yarışmasına TRT olaraq qatılmayacağıq"

İbrahim Şahin hәmçinin TRT-in bu il ilk dəfə Manqa qrupuyla Asiya Sakit Yayım Birliyi Musiqi yarışmasına qatılacağını bildirib.

Onun sözlәrinә görә, Asiya Sakit Yayım Birliyi Baş Assambleyası’na 2015-ci ildə İstanbul ev sahibliyi edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr