İstanbul Beyoğlunda sәnәt coşqusu

İstanbulun Beyoğlu rayonu 5 gün sәnәt çoşqusunu yaşayacaq.

105856
İstanbul Beyoğlunda  sәnәt coşqusu

İstanbulun Beyoğlu rayonu 5 gün sәnәt çoşqusunu yaşayacaq.
Beyoğlu Bələdiyyəsi və Yunis Әmrә İnstitutunun əməkdaşlığı ilә hәr il tәşkil edilәn Mədəniyyətlərarası İncəsənət dialoqları Günleri tәdbiri bu il dә İstanbulda keçirilir.
5-ci Mədəniyyətlərarası İncəsənət dialoqları Günlərində, 13 ölkə konsert, teatr və rəqs nümayişləri sərgiləyəcək.
Beyoğlu Bələdiyyə Başçısı Əhməd Misbah Demircanın sözlәrinә görә, "Qapalı məkanlarda tәşkil edilәn bu tәdbirlәrin daha ictimai sahələrdə, prospektlərdə, meydanlarda keçirilmәssi, şəhərә dinamik hal qazandımaq və daimi bir festival atmosferinin hökm sürmәsi , turizm vә mədəniyyət baxımından әhәmiyyәt kәsb edir.
Beyoğlu Tәpәbaşında tәdbir üçün hәsr edilәn sahədə ziyarətçilər 13 iştirakçı ölkənin mədəniyyəti ilә yaxından tanış olmaq imkanını әldә edir.
5 gün davam edəcək Mədəniyyətlərarası İncəsənət dialoqları Günlərində 28 konsert verilәcәk və 8 sərgi açılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr