Sarayevoda Film Festivalı başlayıb

Festival çərçivəsində bu il 60 ölkədən 247 film göstəriləcək.

92817
Sarayevoda Film Festivalı başlayıb

Bosniyada yaşanan döyüşün izlərini silmək və Sarayevanı yenidən mədəniyyət və sənətin mǝrkǝzinǝ çevirmǝk məqsədiylə təşkil edilən Sarayevo Film Festivalına, meksikalı rejissor Alejandro Gonzalez Inarritunun “Paramparça Eşqlǝr və İtlər” filminin də olduğu üç filmlə start verilib.
Sarayevoda, 20 ildir dünyanın müxtəlif kinorejissorları və kinosevərlərini qonaq edən festival çərçivəsində bu il 60 ölkədən 247 film göstəriləcək.
Festivalda bu il Türk istehsallarından Erol Mintaşın rejissoru olduğu “Anamın Mahnısı” və Kutluğ Atamanın “Quzu” filmləri “Ən Yaxşı Film” nominasiyası üzrə, Nuri Bilge Ceylanın “Qış Yuxusu” filmi isə “Focus” nominasiyası uğrunda yarışacaq.
Digər tərəfdən, festival bu il də məşhur qonaqlar dəvət etmə ənənəsini davam etdirəcək. Festivala, bu il kino və teatr oyunçusu Halit Ergenç, meksikalı məşhur oyunçu Gael Garcia Bernal və Oscar mükafatçısı bosniyalı rejissor Danis Tanoviç qatılacaq.
Festival, Cənubi koreyalı Bong Joon-honun rejissoru olduğu "Snowpiercer" filmiylə sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr