Macarıstanda Hun-Türk Turan Qurultayı

Bu il 5-si təşkil edilən Turan Qurultayı 10 Avqustda sona çatacaq.

83726
Macarıstanda Hun-Türk Turan Qurultayı

Bu gün Macarıstanda Hun-Türk Turan Qurultayı öz işinə başlayır.
Macarıstan parlamentinin dəstəyi ilə Macarıstan Turan Fondu tərəfindən təşkil edilən Qurultay, bu axşam Macarıstanın Bugac şəhərində, Qurultay atəşinin yanması ilə başlayacaq. Qurultaya, Türkiyə daxil olmaqla 23 ölkə qatılır.
Türk Dünyası Araşdırmaları Vəqfi isə Qurultayda 150 nəfərlik bir qrupla iştirak edəcək. Vəqfin sədri Közhan Yazgan, Türkiyənin Səsi Radiosuna verdiyi açıqlamada, Qurultaya Turan bölgəsindən 27 Türk və Hun mənşəli millətlərin nəsillərinin qatıldığını söyləyib.
Qeyd edək ki, bu il 5-si təşkil edilən Turan Qurultayı 10 Avqustda sona çatacaq.
Qurultay ilk dəfə 2007-ci ildə Qazaxıstanda, 2008-ci ildən etibarən isə Macarıstanda təşkil edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr