Yapon ənənəvi çiçək bəzəmə sənəti

İstanbul bu, Yapon ənənəvi çiçək bəzəmə sənəti "İkebanaya" ev sahibliyi edir.

116366
Yapon ənənəvi çiçək bəzəmə sənəti

İstanbul bu dəfə də Yapon ənənəvi çiçək bəzəmə sənəti "İkebanaya" ev sahibliyi edir. Yaponiyanın görkəmli ustalarından olan Sogo Kariyazaki hazırladığı rəngarəng əl işləri izləyənlərə xoş ovqat yaşadıb. Sənətkar Yapon və Türk tamaşaçılara mövsümün çiçəklərindən istifadə etməklə bir-birindən rəngli və gözəl dizaynlar təqdim edib. Qonaqlar yapon ustanın hər biri məna yüklü rəngli dizaynlarını maraqla izləyiblər. Yapon usta Sogo Kariyazakinin sonrakı nümayişi Parisdə təşkil olunacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr