Beynəlxalq Antalya Qum Heykəl Festivalı

Beynəlxalq Antalya Qum Heykəl Festivalı öz işinə başlayıb.

79944
Beynəlxalq Antalya Qum Heykəl Festivalı

Antalyada “Imperatorluqlar-2" adlı 8-ci Beynəlxalq Antalya Qum Heykəl Festivalı öz işinə başlayıb. Məşhur dünya heykəltəraşlarının əl işlərindən ibarət olan sərgidə 12 ölkədən 25 sənətkar iştirak edir. Festivalın Direktoru Cem Karaca bildirib ki, bir ay davam edəcək sərgidə 10 min ton qumdan istifadə olunacaq. Hun İmperatoru Attila, Hannibal , Viking Kralı Odin, Xalid Bin Vəlid və 100-dən artıq digər tarixi şəxsiyyətlərin əsərləri hazırlanacaq. Bu ilki sərgidə ilk dəfə “3D Video Mapping” sistemi ilə hər gecə Viking Kralı Odinin heykəli canlandırılacaq. Turizm mövsümünə təsadüf edən sərgi turistlər tərəfindən izləniləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr