"Qırmızı Lalə" festivalı

Hüseyn Karabəyin rejossoru oldugu “Səsimə Gəl” filmi Hollandiyada keçirilən “Qırmızı Lalə” festivalında “ən yaxşı film” və “ən yaxşı rejossor” nominasiyasında mükafata layiq görülüb.

78074

Rotterdamda təşkil olunan mərasimdə Hüseyn Karabəyin mükafatı onun yerinə həmkarı Semra Gözəl Korverə təqdim olunub.
Türk və Hollandiyalı münsiflər heyətinin verdiyi qiymətlər əsasında rejossora 8 min 500 avro pul mükafatı verilib.
7 gün davam edən festivalda, uzun metrajlı, sənədli və qısa metrajlı filmlərdən ibarət 35 Türk filmi tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, Festivalin açılışında Türkiyənin məşhur kino ulduzu Fatma Girikə “Həyat Boyu Müvəffəqiyyət Mükafatı” təqdim olunub.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr