Mən öldüyüm zaman adlı əsər səhnəyə qoyulub

Sloveniya Milli Dram Teatrının quruluşunda Mən öldüyüm zaman adlı əsər səhnəyə qoyulub.

74885
Mən öldüyüm zaman adlı əsər səhnəyə qoyulub

5-ci beynəlxalq Antalya Teatr Festivalı tədbirləri çərçivəsində Sloveniya Milli Dram Teatrının quruluşunda Mən öldüyüm zaman adlı əsər səhnəyə qoyulub. Məşhur Alman rejissoru Ernst Lubitsçin yazdığı, Diyeqo De Brianın quruluş veridyi əsərə tamaşaçılar böyük maraq göstərib. Tamaşanın bəstəkarı Joze Salej, səhnə quruluşu Diyeqo De Bria, geyim üzrə rəssamı Bjanka Adziç Ursulov, işıq ustası isə Milan Podloqardır. Səhnə əsərində rolları Aloiz Svete, Janez Skof, Jemej Suqman, Boris Mixail Suitor və Joze Salej ifa ediblər. Tamaşa həyat yoldaşı və qaynanasının təzyiqindən bezərək intihar edəcəyi ilə bağlı qeyd yazdıqdan sonra yoxa çıxan bir kişinin arvadının yoxluğuna dözməyərək evə qayıtmaq istəməsi və bu zaman qaynanasının qızına yeni adaxlı tapmasının şahidi olmasından bəhs edir. Bütün rolların kişi aktyorlar tərəfindən canlandırıldığı tamaşa pianoda canl ifa edilən musiqinin müşayiəti ilə təqdim olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr