Bu gecə Merac Kandilidir

Mehmet Görməz Kandil münasibəti ilə yaydığı təbrikində Meracın mömünlər üçün ucalıq mənasına gəldiyini bildirib.

73065
Bu gecə Merac Kandilidir

Bu gecə Merac Kandilidir. Din İşləri üzrə İdarənin rəhbəri Mehmet Görməz Kandil münasibəti ilə yaydığı təbrikində Meracın mömünlər üçün ucalıq mənasına gəldiyini bildirib. Görməz bu mübarək gündə bütün mömünlərin hər zaman hər məsələdə üzərinə düşən vəzifə və məsuliyyəti bir daha xatırlamalı olduğunu vurğulayıb. Türkiyənin bir tərəfdən Somadakı faciənin yaralarını sarımağa çalışdığını, digər tərəfdən isə xalqın Bosniya və Hersoqovunada yaşanan sel fəlakətinə göstərdiyi həssaslığı təqdirəlayiq hal kimi qiymətləndirib. Görməz Allahdan Türkiyə və bütün Islam ölkələrinə bir daha bu cür faciələr yaşatmamasını arzuladığını dilə gətirib. Qeyd edək ki, Merac Həzrəti Məhəmmədin Məscid-i Aksaya, oradan isə Cənab-ı Allahın hüzuruna çıxdığı mənəvi yoldur. Bu həm də namazın hədiyyə edilidiyi mübarək zaman kəsimidir. Buna inananlar Merac Kandilini idark etməyin sevincini bir daha yaşayacaqlar. Onu da xatırladaq ki, Merac Kandili mərasimləri TRT-1 ekranları vasitəsilə yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr