"Anadolu Atəşi" rəqs qrupunun yardımı
Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupu Somada baş verən mədən faciəsində ölənlərin ailələrinə yardım məqsədi ilə konsert proqramı ilə çıxış edib.
70829
Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupu Somada baş verən mədən faciəsində ölənlərin ailələrinə yardım məqsədi ilə konsert proqramı ilə çıxış edib.
Konserti aralarında yerli və xarici turistlər də olamqla, təxminən 3 min tamaşaçı izləyib. Somadakı faciəni də əks etdirən xoreoqrafiya tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdən əldə edilən gəlir Somada həyatını itirən fəhlələrin ailələrinə veriləcək.
Ansamblın rəhbəri Mustafa Erdoğan noyabr ayınadək Antalyada konsertlərinin davam edəcəyini, qarşıdakı 3 ay ərzində isə Almaniya, Azərbaycan, Tunis, Fələstin, Iordaniya, Belçika və Hollandiayada çıxış edəcəklərini, həmçinin Çin və Rusiya turnelərinin də davam etdiyini bildirib.