"Türk Dünyası Kitab Şöləni"

63535
"Türk Dünyası Kitab Şöləni"

2013-cü il Türk Dünyası Mədəniyyət mərkəzi olan Türkiyənin Əskişəhir vilayətində bu il birinci dəfə təşkil edilən “Türk Dünyası Kitab Şöləni” tədbirlərinə Milli Təhsil naziri Nabi Avcının iştirakı ilə ötən gün start verilib.

Açılış mərasiminə həmçinin Əskişəhir valisi Güngör Azim Tuna, Türk Dünyası Yazıçılar Birliyinin sədri Anar Rzayev, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Türkiyədən və Türk Dünyası ölkələrindən 100-ə yaxın yazıçı və nəşriyyat qatılıb.

Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyi və Avrasiya Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə 18 ölkədən 48 yazıçı və 80-ə yaxın nəşriyyat iştirak edir.

Türkiyənin Milli Təhsil naziri Nabi Avcı çıxışında bu sərginin gələcəkdə də davam edəcəyini və ənənəyə çevriləyəcini deyib.

Sərgi mayın 11-dək açıq olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr