Baş verən hadisələrin heç biri sadəcə həyata keçirilmir (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytının qonaqları Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti Sabir Şahtaxtı və Ankarada fəaliyyət göstərən Tarixdaş – Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Babadır

1387024
Baş verən hadisələrin heç biri sadəcə həyata keçirilmir (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytının qonaqları Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, yazıçı, publisist və Azərtac informasiya agentliyi Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı vəAnkarada fəaliyyət göstərən Tarixdaş – Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Babadır. Bu gün ermənilərin əsrlər boyu xristian birliklərilə birləşərək türk soylu millətlərin başına gətirdikləri soyqırımlarla bağlı danışırıq. Ermənilər bu soyqırımları Osmanlı dövlətində, Azərbaycanda, Cənubi Azərbaycanda və İranda törədiblər. Son qətliamlar olaraq isə Rusiya ilə birləşərək 20 Yanvar (1990) və Xocalı faciələrini (1992) törətmələri olub. Niyə 90-cı illərdə bu hadisələr baş verdi?

Sabir Şahtaxtı (jurnalist, yazıçı və publisist): Söhbətəkeçməzdən əvvəl istərdim ki, Azərbaycan və Türkiyə dövlətləri yolunda dünən və bu gün həyatını itirən bütün şəhidlərimizi ehtiramla yad edəm.

  Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında törədildiyinə görə biz bunu bilirik. Ardıcıl olaraq dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli işlər görülür. Amma tarixdə ermənilər bundan daha ağır cinayətlər törədiblər, xüsusilə Türkiyə və Azərbaycana qarşı.

  Mən Xocalı soyqırımına qədər olan əsrlik bir dövr haqqında lokanik danışmaq istəyirəm. Bu, mərhələlərə bölünür: 1828-1880, 1880-1923, 1923-1991 və 1991-ci ildən bu günə qədər. Həmin mərhələlər özləri də mərhələlərə ayrılır. Birinci mərhələ böyük güclərin köməyilə Anadoluda, Qafqazda, Azərbaycan və Türkiyənin doğma torpaqlarında ermənilərin sıx məskunlaşma prosesinin başlanmasıdır. Burada kilsənin imkanlarından məharətlə istifadə ediblər.

  Bakanlarda, Orta Şərqdə, Anadoluda ermənilər yaşayırdılar, var idilər, inkar etmək olmaz, amma bunlar bölgənin heç bir yerində sıx-yanaşı deyildilər. Ermənistan dövləti qurmaq istəyən həm erməni millətçi dairələri, həm din xadimləri, həm də bu adda bir dövlətin yaranmasında maraqlı olan tərəflərin qarşısında ən böyük problem adını çəkdiyim bölgələrdə ermənilərin sıx məskun olmamasıydı ki, bunu yaratdılar.  

Sevda Mirzə (aparıcı): Bu dövlət onlar üçün həm də iki böyük türk dövləti arasında böyük bir xristian keçidi oldu.

Sabir Şahtaxtı (jurnalist, yazıçı və publisist): Böyük dövlətlərin araşdırma mərkəzləri var. 100-200 il əvvəl də var idi, bu gün də var. Sadəcə hər dövrün sosial texnologiyalarına uyğun formada bunlar araşdırılır, özlərinə sərf edən yollar tapılır. Məsələn, Osmanlı dövlətlərinin torpaqlarında gözləri olan elə bir imperialist qüvvə olmayıb və bu gün də Türkiyəyə maraqları olan elə bir dövlət yoxdur ki, ermənilərdən istifadə etməsin. Burada genetik xüsusiyyətlər nəzərə alınır.

  Ermənilərin genetik xüsusiyyətləri nələrdən ibarətdir: hiyləgərlik, xainlik, xəyanət. Və bunların arasında ən mühümü xəyanətdir. Osmanlı torpaqlarında yaşayıb, suyunu içib, çörəyini yeyib, paltarını geyinib xəyanət ediblər. Bu barədə 10 minlərlə hesabat var. Yaxınlarda Ankarada bir kitab çıxdı. Həmin kitabda 1915-ci ilə qədər Osmanlı ordusunda xidmət edən alman generallarının hesabatları toplanıb. Bunların hamısında erməni üsyanları, kilsələrin cəbhəxanalara çevrilməsi, törətdikləri cinayətlərin tarixləri nöqtəsinə, vergülünə qədər verilib.  

Əhməd Baba (Ankara Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri) Təəssüf ki, 200 ildir dünya imperialist qüvvələri tərəfindən yenidən şəkillənir, xüsusilə son 100 ildə Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi və 90-cı illərdən başlayan “vekalet savaşları” ilə. Bütün bu zamanlarda mühabisəli bölgələrdə özlərinə yaxın etnik ünsürləri istifadə ediblər.

  1918-ci ilin 31 martında Azərbaycanda növbəti soyqırım törədildi. Bir gecədə 12 mindən çox türk soylu azərbaycanlı qardaşlarımız qətlə yetirildi. İmperialist qüvvələr bu cani insanların xasiyyətlərindən faydalanaraq hər dövrdə istəklərinə çatmaq üçün bu qətliamları törədiblər. O hadisələrin davamı kimi 1991-cı ildə başlayan qarşıdurmalar 1992-ci ildə Xocalıda bir vəhşilik və faciə olaraq ortaya çıxdı və soyqırıma çevrildi.

Sevda Mirzə (aparıcı): Foto və videoların olduğu müasir günümüzdə soyqırım törətmək cəsarəti buradanmı gəlir?

Əhməd Baba (Ankara Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri) Ötən əsrin 90-cı illərində, bilirsiniz ki, Bosniyada da bənzər hadisələr baş verdi. Bosniyada serblər, Azərbaycanda ermənilər cinayət üstündə yaxalandılar.

  31 martda (1918) bir gecədə 12 mindən çox adamı öldürən, Qubada qətliam törədən ermənilər hər zaman “hem suçlu, hem güclü” (həm günahkar, həm güclü) rolunu oynayırlar. Onları maşa olaraq istifadə edən, cinayətlərinə sərmayə qoyan, başda Rusiya, İngiltərə, Amerika və Fransa da Xocalı cinayəti üstündə yaxalandılar. Eyni hadisələri biz Şuşada, Ağdamda, Kəlbəcərdə də yaşadıq. Bununla bağlı bir fakt danışım. 2018-ci ildə beynəlxalq bir simpozium təşkil etdik. O hadisələr zamanı fotoşəkillər çəkmiş Yan Pört də burada idi. Onun danışdığı bu hadisə heç yadımdan çıxmaz. Yan Pört deyir ki, “New York Times”in müxbiri öz redaktoruna zəng edərək “Burada qətliamları ermənilər törədir, soyqırıma uğrayansa azərbaycanlılardır” deyə nə qədər söyləyibsə də, Qərb mətbuatı bilərəkdən tərsini yazıb. Halbuki həqiqət belə deyildi: son 100 ildə 1915 hadisələrini bəhanə edən ermənilər Xocalıda cinayət üstündə yaxalanmışdılar.

  Türklərdə müharibə haqqı deyilən bir döyüş vardır: əli silah tutmayanlara, xəstə, yaşlı olanlara, aman diləyənlərə silah tuşlanmaz. Amma ermənilər, keçmişdə etdikləri kimi, Xocalıda da ananın qarnını yararaq uşağı çıxarıb öldürənlərdir. 63 uşaq, 106 qadın, 613 şəhid verdik ki, bunların 70-i yaşlı insan idi. Bunlar rəsmi rəqəmlərdir. 1200-ə yaxın itkin var, dağda, bayırda qaçarkən başlarına nə gəlib? 150 əsirdən heç xəbər yoxdur. 28 ildir xəbər ala bilmədiyimiz bu əsirlər bəlkə heç həyatda deyil.

  Mən xüsusilə bunu vurğulamaq istəyirəm: bizi acılarımızı içimizdə yaşayan millətik, bizə edilən pislikləri, təəssüf ki, çox tez unuduruq. Amma unutmamalı, unutdurmamalıyıq. Bu torpaqlar bizimdir. Mən bir Anadolu türkü olaraq Qarabağı öz torpaqlarımız kimi hiss edirəm. Azərbaycanı öz dövlətim, öz millətim olaraq görürəm.    

  Birinci Dünya Müharibəsindən sonra həm Gürcüstan, həm Ermənistan dövlətlərini Türkiyə ilə başda Azərbaycan olmaqla türk dünyasının iltibatını kəsmək üçün yaratdılar. Eyni proses bu gün yaşanır: Türkiyənin müsəlman-ərəb dünyası ilə əlaqələrini kəsmək, qoparmaq üçün imperialist qüvvələr yenə dövrədədir.

  Biz yeni nəsillərə başqa Xocalı olmaqla, bildiklərimiz, gördüklərimizi olduğu kimi ötürməli, olanları unutdurmamalıyıq.

  Son bir neçə 100 ildir qətliam və sürgünlərə uğrayan bütün qardaşlarımıza, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşallah, onların şəhadəti bu torpaqların hürriyyətinə səbəb olar.

Sevda Mirzə (aparıcı): Haqq bizim tərəfdədir. Əsas məsələ bu haqqı dünyaya çatdıra bilməyimizdir. 28 il keçməsinə baxmayaraq, dünyanın böyük dövlətləri Xocalını hələ də soyqırım olaraq tanımayıb.

Sabir Şahtaxtı (jurnalist, yazıçı və publisist): Zaman-zaman törədilən soyqırımların bağlılığını göstərən iki faktı söyləmək istəyirəm. 1914-cü ildə Osmanlı ordusunda xidmət edən erməni əsilli bir həkim zəhərli iynə ilə 100-ə yaxın türk əsgərini öldürür və məhkəmədə bu əməlindən qürur duyduğunu deyir. Üstündən 100 il keçmədən ikinci bir erməni həkim Xocalıdan olan Azərbaycan-türk uşağının başını kəsir, dəsirini soyur, böyük bir həzlə onun ölümünü seyr edir, üstəlik utanmazcasına dünya ictimaiyyətinə çıxarır. Sadəcə bu iki faktın üzərindən onu demək istəyirəm ki, bizim çəkdiklərimizdən, əlimizdə olan foto və videolardan, yazdıqlarımızdan da qüvvətli xalqın və torpağın yaddaşıdır.

  Çıxışımın əvvəlində söylədim ki, bu proseslər mərhələli şəkildə həyata keçirilir. Sonuncu mərhələdə də - Azərbaycan dövlət müstəqilliyi bərpa edəndən ta bu günə qədər Ermənistan və dünyadakı erməni diasporlarının açıq şəkildə Türkiyə və Azərbaycana qarşı düşmənliyi durur. 1828-ci ildən fəaliyyətlərini genişləndirən ermənilər 1991-ci ildən düşmənliklərini açıq şəkildə həyata keçirdilər və buna davam edirlər. Xocalı soyqırımının törədilməsi də məhz bu açıq düşmənliyin nümunəsi olaraq çəkinilmədən həyata keçirilib. Osmanlı dövlətinin baş naziri (baş vəziri) Tələt Paşa şəxsiyyətini təhqir edən, onu qətlə yetirmiş erməni terrorçuya Ermənsitanda abidə ucaldılması bu açıq düşmənliyin bir nümunəsidir. Bu açıq düşmənlik bu gün də ermənilər və Ermənistanın radikal millətçilik ideoloji xəttidir. Yəni baş verən hadisələrin heç biri sadəcə həyata keçirilmir. Guya ermənilər bütün dünyada ifşa olunacaqlarını bilmirdilər ki, Xocalı faciəsini törətdilər?

  Bildiyiniz kimi, o dövrdə Sovet İttifaqının sonuncu rəhbərliyi Azərbaycanda məqsədli olaraq siyasi bir böhran yaratdı. O zamankı dövlət başçılarından bu gün yaşayan da var ki, bəziləri etiraf edir. Bunlar gözümüzün qarşısında baş verənlərdir. Amma ermənilər heç cür ağıllarına gətirə bilmirdilər ki, Heydər Əliyev Moskvadan dönəcək, Naxçıvanda hakimiyyətə gələcək, sonra yenidən Azərbaycan hökuməti başına keçəcək, dövlət möhkəmlənəcək və son proseslər baş verəcək. Kitabımda topladığım faktlardan bəzilərini söyləyim. 1994-cü ildə atəşkəs imzalandı. O gündən 2017-ci ilə qədər cəbhə bölgəsində 33 qadın və uşağı təkcə snayperlə qətlə yetiriblər. Dağlıq Qarabağ bölgəsindəki kiçik çaylarla oyuncaqların içərisinə qoyduqları bombaları göndərib uşaqları aldadır, hələ də öldürməyə davam edirlər. Yəni ermənilərin əməlləri dayanan deyil, dayanmayacaq.

  Xocalı soyqırımının dünyada tanıdılması məsələsinə gəlincə, son 10 ildir Heydər Əliyev Fondunun vitse-perzidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq məlumatlandrıma kampaniyası həyata keçirilir. Azərbaycandan kənarda Xocalı soyqırımını 2005-ci ildə ilk dəfə tanıyan Türkiyənin paytaxtı Ankaranın Keçiören Bələdiyyə Məclisi oldu. Bundan sonra bir az fasilə yarandı. “Xocalıya ədalət” kampaniyası gündəmə gələndən sonra bu məsələ çox sürətləndi. Artıq ABŞ-ın bir neçə əyaləti də daxil olmaqla 49 ölkənin parlament və hökuməti Xocalı faciəsini soyqırım olaraq tanıyır.

Sevda Mirzə (aparıcı): Biz Xocalı, 20 Yanvar, 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlərdə bir araya gəlirik. Amma bunlarda kimlər olur? – Ancaq biz. Onsuz da bu hadisələr bizim nəslin gözləri önündə baş verdi, bizim gənclik illərində oldu. Bizim nəsil bu qanlı hadisələrin ya birbaşa, ya da dolayısı ilə şahidləridir. Bu gün bizim övladlarımız bizim danışdıqlarımızın sayəsində eşidir, bilir, oxuyur və ya tədbirlərdə iştirak edərək öyrənir. Yəni bizim tədbirlərdə yenə elə özümüzük, xarici ölkə diplomatlarını çox az görürük, amma ermənilərdə təbliğat daha çox xaricə yönəlikdir. O zaman bizim dünyaya, beynəlxalq cəmiyyətə səsimiz necə çatacaq?

Sabir Şahtaxtı (jurnalist, yazıçı və publisist): Mənə görə, dünya istər 1914-cü ildən Osmanlı ərazisində baş verən hadisələrin gerçəkliklərini, istər 1918-ci ilin martında Azərbaycanda törədilən soyqırımı, istər müasir dünyanın gözü qarşısında törədilən 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan təqvimindəki 4 qara günü çox yaxşı bilir. Amma bunu da mütləq deyim ki, 1990-cı ilin 20 yanvarında günahsız insanlarımızın qanı tökülsə də, o gün biz azərbaycanlıların həm də şərəf günüdür. 31 Mart həm azərbaycanlıların Soyqırım günü, həm o zaman erməni və bolşeviklərə qarşı aparılan mübarizənin, həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının sütunlarıdır. Dünya dövlətləri hər şeyi yetərincə bilir. Alman, fransız, ingilis, ərəb əsilli və ABŞ-ın müxtəlif millətlərindən olan çox sayda tədqiqatçılar var ki, onlar bütün bunları ingilis dilində yazırlar, nəşr edirlər və çıxışları olur. Ona görə guya “dünya bunu bilmir” deyil, sadəcə ikili standartlarla bağlı olaraq kimə nə sərf edirsə, onu görür, ya da görmür.

  Saxta “erməni soyqırımı” bir zaman Osmanlı, bu gün Türkiyə dövlətini çökdürmək üçün birləşən qüvvələrin bir siyasi manevr mövzusudur. Buna görə hər il aprelin 24-ü yaxınlaşanda bir kağız parçası qəbul edirlər. Biz də başlayırıq “bu yalandır, bu saxtadır” deyə isbat etməyə, yenə ötüb keçir. Amma Xocalı soyqırımı elə bir məsələdir, elə bir bəşəri cinayətdir ki, bunu inkar edə bilmirlər, çünki mümkün deyil.

Əhməd Baba (Ankara Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri) Gebbelsin bir sözü var: “Bir yalanı nə qədər yüksək səslə söyləsəniz, dönüb gerçək kimi qarşılanar”. Ermənilər də eynilə bu işi görür. Amma biz doğrunu və həqiqəti belə sürəkli yüksək səslə söyləməkdən çəkinirik. Toplantılarda da deyirəm. Təəssüf ki, biz ardıcıl olaraq bu mövzunu davam etdirə bilmirik. Yəni tədbirdən 3 gün sonra bu məsələ unudulur, qonaqlarımız Azərbaycana qayıdır, burdakılar da öz yerlərinə dönür, konfrans və simpoziumlardan sonra yorğunluq çayı içirik. Nə vaxta qədər? - Gələn səfərki tədbirə qədər. Birincisi, bu məsələ ardıcıl şəkil almalıdır. İkincisi, mərhələli olmalıdır. Bu gün sosial media milyonlarla insanın təqib etdiyi və bir araya gəldiyi yerdir. Biz uzun illərdir, xüsusilə Xocalı faciəsini gündəmdə saxlamağa çalışırıq. http://www.hocalisoykirimi.org adlı bir sayt qurmuşuq. Buna üzüldüm ki, Türkiyədə illlər boyu ilk dəfədir belə bir sayt yaradılıb. Biz belə gecikmişik. Xocalı ilə bağlı görüntülər, simpoziumlar və çıxışları həm türk, həm ingiliscə paylaşırıq. Hal-hazırda saytın rus və ərəb dillərində olan qismini hazırlayırıq. Dərdimizi, sıxıntımızı, uğradığımız hazqsızlıqları dünya ictimaiyyətinə israrla və ardıcıl olaraq anlatmağımız lazımdır. Bu, bir uşaq kimi şikayət deyil. Biz anlatmadığımız zaman qarşıdakı yalan gerçək kimi qəbul edilir. Əlimizdə bu qədər dəlillər, fotolar, videolar var ikən bunları bizim çatdırmağımız lazımdır başqa insanlara. Əks halda, Ermənistan baş nazirinin Almaniyada dediyi “Bunu təxribat məqsədilə özləri etdilər” kimi utanmaz çıxışlarla qarşılaşırıq. Ermənilər bu yalanları çox yüksək səslə söyləyirlər. Biz isə öz doğrularımızı bu şəkildə deməliyik. Xocalını da ildə bir gün deyil, 365 gün ölçülü, mərhələləli, kontrol edəcək bir şəkildə sosial media gündəmində saxlamalı, dünya ictimaiyyətinə çatdırmalıyıq. Beynəlxalq məhkəmələrdə də azərbaycanlı məzlumların, köçkünlərin, şəhid ailələrinin haqlarını müdafiə etmək lazımdır.

Sevda Mirzə (aparıcı): Təbii ki, bütün bu işlərə həm də maliyyə lazımdır. Amma hələ də bu işlərdə biz müsəlmanlar, biz türklər lazımi qədər pul xərcləmək istəmirik. Biz bir süfrəyə, bir paltara xərclədiyimiz pulları bu işlərə qoymuruq. Ermənilər belə pulsuz iş görmürlər. Lobbini yaratma məqsədi də məhz budur.

  Hər hansı çətinliyə baxmayaraq, siz və biz - hər birimiz üzərimizə düşən məsuliyyəti əlimizdən gələn qədər yerinə yetiririk. Studiyamıza gəldiyiniz üçün sizə təşəkkürümüzü bildiririk, Sabir bəy və Əhməd bəy. Çox sağ olun.                                                                        


Etiketlәr: #31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür , #“Xocalıya ədalət” beynəlxalq məlumatlandrıma kampaniyası , #Heydər Əliyev Fondunun vitse-perzidenti Leyla Əliyeva , #Dağlıq Qarabağ bölgəsindəki kiçik çaylarla oyuncaqların içərisinə qoyduqları bombalar , #erməni terrorçuya Ermənsitanda abidə ucaldılması , #Türklərdə müharibə haqqı , #“New York Times”in müxbiri - Xocalı , #Yan Pört , #Rusiya - İngiltərə - Amerika - Fransa - Xocalı cinayəti , #Azərbaycanda ermənilər cinayət , #Bosniyada serblər , #vekalet savaşları , #1915-ci ilə qədər Osmanlı ordusunda xidmət edən alman generallarının hesabatları , #Ermənilərin genetik xüsusiyyətləri , #Osmanlı dövlətlərinin torpaqları , #video-müsahibə Sabir Şahtahtı və Əhməd Baba , #Böyük dövlətlərin araşdırma mərkəzləri , #iki böyük türk dövləti arasında böyük bir xristian keçidi , #Ermənistan dövləti qurmaq , #Anadoluda ermənilər , #Orta Şərqdə , #Bakanlarda , #kilsənin imkanları , #Azərbaycan və Türkiyənin doğma torpaqlarında ermənilərin sıx məskunlaşma prosesi , #Qafqazda , #Anadoluda , #Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında , #Əhməd Baba , #Ankarada fəaliyyət göstərən Tarixdaş – Millətlər və Cəmiyyətlər Dərnəyi , #yazıçı və publisist) , #Sabir Şahtaxtı (jurnalist , #yazıçı və publisist) , #Sabir Şahtaxtı (jurnalist , #ermənilərin əsrlər boyu xristian birliklərilə birləşərək türk soylu millətlərin başına gətirdikləri soyqırımlar , #TRT/Azerbaycan saytı , #TRT “Türkiyənin səsi” radiosu , #Sevda Mirzə (aparıcı) TRT

Әlaqәli Xәbәrlәr