2024-cü ilin oktyabr ayında Türkiyənin neft və təbii qaz hasilatı
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən yazılı açıqlamaya görə ...
Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar 2024-cü ilin oktyabr ayında neft və təbii qaz hasilatında aylıq və gündəlik olaraq rekord əldə etdiklərini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamaya görə, oktyabr ayında xam neft və təbii qaz hasilatında yeni rekordlar qırılıb. Bu dövrdə yerli xam neft hasilatı aylıq 3 milyon 361 min 725 barel, təbii qaz hasilatı isə 234 milyon 384 min 17 kubmetrlə rekord həddə çatıb. Sözügedən xam neft hasilatının 46,6 faizi Qabar, təbii qaz hasilatının 84 faizi isə Sakarya qaz yatağından əldə edilib. Beləliklə, oktyabr ayında gündəlik orta neft hasilatında ən yüksək səviyyəyə - 108 min 443 barel, təbii qaz hasilatında isə 7 milyon 568 min 242 kubmetrlə nail olunub”.
Nazir A.Bayraktar deyib: "2024-cü ilin oktyabr ayında neft və təbii qaz hasilatımız həm aylıq, həm də gündəlik olaraq yeni zirvələrə çatdı. Xam neftlə 3 milyon 361 min 725 barel, təbii qaz hasilatında isə 234 milyon 384 min 17 kubmetr rəqəmlərinə çatdıq ki, bu, bütün zamanların ən yüksək göstəricisidir.
Türkiyə böyüdü, əhalisinin çoxaldı, ehtiyacları artdı. Buna görə də yeni yataqlarda həm neft, həm də təbii qazda hasilatımızı yeni kəşfiyyat və yeni qazmalarla artıracağıq. Somalidə seysmik fəaliyyətə başlayan “Oruç Reis” gəmisinin timsalında olduğu kimi, müxtəlif qitələrdə də yeni xam mal ehtiyatları üçün çalışırıq. Hədəfimiz enerji sahəsində tam müstəqil bir Türkiyədir”.
Әlaqәli Xәbәrlәr
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir
Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.