Türkiyənin yerli avtomobili 2024-cü ilin ilk 10 ayında liderliyini qorudu

Avtomobil Distribyutorları və Mobiliti Dərnəyinin (ODMD) məlumatlarına görə ...

2207451
Türkiyənin yerli avtomobili 2024-cü ilin ilk 10 ayında liderliyini qorudu

 

  Türkiyənin yerli və milli avtomobil “Togg” ölkənin elektrikli avtomobil bazarında 2024-cü ilin ilk 10 ayında liderliyini qoruyub.

  Avtomobil Distribyutorları və Mobiliti Dərnəyinin (ODMD) məlumatlarına görə, “Togg”  ilk 10 aylıq dövrdə 20 min 140 ədəd satışla ən yaxın rəqibini 12 min 773 ədəd geridə qoyub. Bu dövrdə “Togg”un elektrikli avtomobil bazarındakı payı 31 faiz olaraq qeyd edilib. Beləliklə, satılan hər üç elektrikli avtomobildən biri “Togg” loqosu daşıyır.

  Elektrikli avtomobil bazarına marka əsasında baxdığımızda, 2024-cü ilin yanvar-oktyabr dövründə satışlarda “Tesla” 7367, BMW 6576 ədədlə “Togg”dan sonra gəlir.

  Oktyabr ayında 8341 ədədlik tam elektrikli avtomobil bazarında “Togg” 3091 satışla birinci, BMW ikinci (557), “Mini” və “KG Mobility” (Ssangyong) isə üçüncü (425) olub. “Tesla” 340 satışla dördüncü, “Hyundai İONİQ” isə 5302 satışla beşinci yerdə qərarlaşıb.



Әlaqәli Xәbәrlәr