Türkiyə müdafiə sənayesinin 2024-cü il oktyabr ayı ixracatı
Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Departamentinin direktoru Haluk Görgün Türkiyə müdafiə sənayesinin qlobal bazarlarda uğurla irəliləməyə davam etdiyini bildirərək sosial media hesabında yazıb ...
Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Departamentinin direktoru Haluk Görgün Türkiyə müdafiə sənayesinin qlobal bazarlarda uğurla irəliləməyə davam etdiyini bildirib. O, sosial media hesabında yazıb: “2024-cü ilin oktyabr ayında əvvəlki ilin eyni dövrünə görə 61 faiz artımla 820 milyon dollarlıq ixracat həyata keçirən sənayemiz bu sürəti il boyu davam etdirərək ilk 10 ayda 18 faiz artımla 5 milyard 125 milyon dollar səviyyəsinə çatıb. Son bir illik dövrdə (noyabr 2023 – oktyabr 2024) ixracatın 15 faiz artaraq 6 milyard 326 milyon dollara yüksəlib. Müdafiə Sənayesi Departamenti olaraq yüksək əlavə dəyərli məhsulların ixracında daimi artıma nail olmağı planlaşdırırıq. Dünyanın hər yerinə ixracat edən şirkətlərimiz 2024-cü ildə 185 fərqli ölkəyə məhsul göndərərək yeni rekorda imza atıb. Məqsədimiz iri miqyaslı şirkətlərimizi və KOM-larımızı ixrac bazarlarında daha güclü etmək və sektorların davamlılığını təmin etməkdir. Bu istiqamətdə biz bütün dünyada əməkdaşlıq fəaliyyətimizi artırmağı sürdürürü. Türkiyə müdafiə sənayesi qlobal uğurları ilə qürur mənbəyimiz olmağa davam edir”.
Әlaqәli Xәbәrlәr
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir
Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.