Serbiya Rusiyadan əlavə təbii qaz almağa başladı
Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç oktyabrın 20-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra ölkəsinin qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətə təbii qaz alacağını bildirmişdi
Serbiya noyabrın 3-dən etibarən Rusiyadan əlavə həcmdə təbii qaz idxal edəcək. Mövcud təchizat müqaviləsinə əlavə olaraq, Serbiya Rusiyadan gündəlik 5 milyon kubmetr qaz alacaq. Bu həcm üçün təyin olunan qiymət isə Avropa birjalarında bazar qiymətlərindən aşağıdır. Bununla da “Srbijagas” şirkətinin qış mövsümündə daxili tələbatı ödəməyə tam hazır olacağı bildirilib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç oktyabrın 20-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra ölkəsinin qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətə təbii qaz alacağını bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir
Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.