Mehmet Şimşək: ''Türkiyə kredit reytinqi iki pillə yüksələn yeganə ölkədir''
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin üç böyük kredit reytinqi agentliyi tərəfindən reytinqi iki pillə yüksələn yeganə ölkə olduğunu bildirib
Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyənin üç böyük kredit reytinqi agentliyi tərəfindən reytinqi iki pillə yüksələn yeganə ölkə olduğunu bildirib.
Rəsmi internet səhifəsində paylaşım edən Mehmet Şimşək ''Standard & Poor's'' (S&P) agentliyini Türkiyənin kredit reytinqini yüksəltməsini qiyətləndirib.
Mehmet Şimşək S&P-nin Türkiyənin kredit reytinqini "B+"dan "BB-"yə yüksəltdiyini xatırladıb.
M. Şimşək reytinqin yüksəlməsində iqtisadiyyatın sabitləşməsi, cari kəsir və xarici maliyyə ehtiyacının azalması, ehtiyatların güclənməsi və inflyasiya səviyyəsinin təsirli olduğuna diqqət çəkib.
Әlaqәli Xәbәrlәr
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir
Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.