“Ən pisi geridə qaldı”, M.Şimşək

Səudiyyə Ərəbistanının qlobal miqyasda mühüm tədbirlərindən olan və bu il 8-ci dəfə Riyadda təşkil edilən Gələcək İnvestisiya Təşəbbüsü Konfransında M.Şimşek deyib ...

2204096
“Ən pisi geridə qaldı”, M.Şimşək

 

  Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək ölkənin inflyasiya ilə mübarizə apararkən inkişaf probleminin olmadığını ifadə edərək “Ən pisi geridə qaldı: inflyasiya aşağı düşür, sərt fiskal və monetar siyasət sayəsində daha da azalmağa davam edəcək” dedi.

  Səudiyyə Ərəbistanının qlobal miqyasda mühüm tədbirlərindən olan və bu il 8-ci dəfə Riyadda təşkil edilən Gələcək İnvestisiya Təşəbbüsü Konfransı çərçivəsində “Siyasət qurucular şurası: liderlər ehtiyatlı olmaq yerinə optimizm təqdim edə bilərmi?" sərlövhəli paneldə çıxış edən M.Şimşek deyib: “Türkiyənin yaşıl və rəqəmsal transformasiya da daxil olmaqla, geniş islahat gündəliyinə əsasən islahatlar həyata keçirdi.

  İstehsal müxtəlifliyilə Türkiyə böyük bir iqtisadiyyata malikdir.

  Ölkənin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti digər ölkələrlə müqayisədə 26 faizlə olduqca aşağı səviyyədədir ki, bu da Türkiyənin böyüməsi üçün bir üstünlükdür.

  Türkiyə inflyasiya ilə mübarizə apararkən inkişaf problemi də yaşamır. Ölkədə son 20 ildə artım tempi orta hesabla 5 faizdən yuxarıdır”.



Әlaqәli Xәbәrlәr