“2053-cü ildə artıq karbon neytral iqtisadiyyat olacağıq”, A.Bayraktar
Paytaxt Ankarada keçirilən mərasimdəki çıxışında bərpa olunan enerjinin istifadəyə verilməsi ilə yanaşı, iqtisadiyyata neft və təbii qaz kimi digər daxili qaynaqların da əlavə edilməsinin zəruri olduğunu bildirən A.Bayraktar deyib ...
Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin ən keyfiyyətli neftini Şırnak Qabarda yüksək sürətlə, ekoloji cəhətdən təmiz şəkildə hasil etməyə başladıqlarını söyləyib.
Paytaxt Ankarada keçirilən mərasimdəki çıxışında bərpa olunan enerjinin istifadəyə verilməsi ilə yanaşı, iqtisadiyyata neft və təbii qaz kimi digər daxili qaynaqların da əlavə edilməsinin zəruri olduğunu bildirən A.Bayraktar deyib: "Ekoloji cəhətdən təmiz bir şəkildə Türkiyənin ən keyfiyyətli neftini Qabarda hasil etməyə başladıq. Gündə təxminən 47 min barel neft hasil edirik. Bundan əlavə, Qara dənizdə Sakarya Təbii Qaz Sahəsində təxminən 2,6 milyon ev üçün kifayət qədər təbii qaz hasil etməyə başladıq. Zonguldakda dənizin 170 kilometrliyində də təbii qaz tədqiqatları apardıq. Hədəfimiz enerji sahəsində tam müstəqil Türkiyədir. Enerjidə daxili qaynaqların istifadəsi ilə xaricə asılılığımız azalacaq. 2053-cü ildə artıq karbon neytral iqtisadiyyat olacağıq”.