Türkiyənin hava yolu ilə ixracatı 2019-2023-cü illəri əhatə edən 5 ildə
... Cari ilin yanvar-iyul dövrünü əhatə edən 7 ayda da hava yolu ilə ixrac artıb
Türkiyənin hava yolu ilə ixracatı 2019-2023-cü illəri əhatə edən 5 ildə 72 faiz artımla 92,5 milyard dollara çatıb.
2019-cu ildə ölkədən hava yolu ilə 14,8 milyard dollarlıq məhsul ixrac edilib.
Dünyada nəqliyyatı dayandıran “Covid-19” epidemiyası zamanı - 2020-ci ildə Türkiyədən hava yolları tərəfindən 12,7 milyard dollarlıq ixracat həyata keçirilib.
Epidemiyaya qarşı görülən tədbirlər nəticəsində 2021-ci ildə 18,7 milyard dollara yüksələn hava yollarından ixracat 2022-ci ildə 20,7 milyard, 2023-cü ildə isə 25,5 milyard dollara çatıb.
Beləliklə, 5 ildə hava yolları ixracatı 71,8 faiz artaraq 92,5 milyard dollar olaraq qeydiyyata düşüb.
Cari ilin yanvar-iyul dövrünü əhatə edən 7 ayda da hava yolu ilə ixrac artıb. Bu zaman ərzində Türkiyədən hava yolu ilə 14,2 milyard dollarlıq ixracat gerçəkləşdirilib. Ötən ilin eyni dövründə bu rəqəm 12,7 milyard dollar idi.
Әlaqәli Xәbәrlәr
“Rusiya qazının Ukrayna ilə Avropaya nəqli avropalı alıcılardan asılıdır”, V.Putin
Rusiya prezidenti Vladimir Putin bu sözləri Şərq İqtisadi Forumunun plenar iclasında səsləndirib