“Məqsədimiz TDT Kənd Təsərrüfatı Sığortası Birliyinin qurulmasıdır”, İ.Yumaklı

Türkiyənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı paytaxt Ankarada Qazaxıstanın Kənd təsərrüfatı naziri Aidarbek Saparov və onu müşayiət edən nümayəndə heyəti ilə nazirlikdə bir araya gəlib

2174595
“Məqsədimiz TDT Kənd Təsərrüfatı Sığortası Birliyinin qurulmasıdır”, İ.Yumaklı

 

  Türkiyənin kənd təsərrüfatı sığortası təcrübəsi türk dövlətlərinə ötürüləcək.

  Türkiyənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı paytaxt Ankarada Qazaxıstanın Kənd təsərrüfatı naziri Aidarbek Saparov və onu müşayiət edən nümayəndə heyəti ilə nazirlikdə bir araya gəlib.

  Görüşdən sonra Türkiyə ilə Qazaxıstan arasında kənd təsərrüfatı sahəsində 4 əməkdaşlıq müqaviləsi imzalanıb.

  İmzalanma mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında çıxışında İ.Yumaklı deyib: "Kənd təsərrüfatı ticarətimiz 2023-cü ildə 300 milyon dollar oldu. Biz potensialımızın çox altında olan bu rəqəmi artırmaq istəyirik.

  Son zamanlar Türk Dövlətləri Təşkilatı ölkələrində kənd təsərrüfatı sığortası sisteminin qurulması üçün çalışdıq. Kənd təsərrüfatı sığortası ilə bağlı son məqsədimiz TDT Kənd Təsərrüfatı Sığortası Birliyinin qurulmasıdır.  

  Türkiyə ilə Qazaxıstan arasında kənd təsərrüfatı ticarətinin həcmini iki dəfə artıra biləcəyik”.



Әlaqәli Xәbәrlәr