Türkiyə kənd təsərrüfatı gəlirlərinə görə Avropada birinci yerdədir

Türkiyənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının məlumatlarını sosial media hesabında paylaşıb ...

2158039
Türkiyə kənd təsərrüfatı gəlirlərinə görə Avropada birinci yerdədir

 

  Türkiyə kənd təsərrüfatı gəlirlərinə görə Avropada birinci yerdədir. Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının məlumatlarını sosial media hesabında paylaşıb: "Əkinçilərimizin gərgin əməyi sayəsində ölkəmiz iqtisadiyyatına dəyər qatmağa davam edir. FAO və Dünya Bankının məlumatlarına görə, 2023-cü ildə əldə edilən 68,5 milyard dollarlıq kənd təsərrüfatı gəliri ilə Türkiyə Avropada birinci, dünyada isə ilk 10 ölkə arasında yer aldı. Bu uğurda əməyi olan bütün zəhmətkeşlərimizi ürəkdən təbrik edirəm."

  Sözügedən yazıda Türkiyənin 2023-cü ildə kənd təsərrüfatı məhsulunda əvvəlki ilə nisbətən 16 faiz artım əldə etdiyinə dair məlumatlar da yer alıb.



Әlaqәli Xәbәrlәr