Türkiyə bor bazarında qlobal liderliyini qoruyur
Türkiyədə məlum bor yataqları Eskişehrin Kırka, Kütahyanın Emet, Balıkesirin Biqadiç və Bursanın Kestelek qəsəbələrində yerləşir
2091249
Türkiyə 63 faiz bazar payı ilə bor bazarında qlobal liderliyini qoruyur. Ölkənin enerji və təbii sərvətlər nazirliyinin “X” hesabında yazdığına görə, dünya bor ehtiyatlarının 73,2 faizinə sahib Türkiyə 2023-cü ildə 63 faiz bazar payı ilə birinciliyini davam etdirib.
Türkiyədə məlum bor yataqları Eskişehrin Kırka, Kütahyanın Emet, Balıkesirin Biqadiç və Bursanın Kestelek qəsəbələrində yerləşir.
Bor Türkiyədə şüşədə 51, kənd təsərrüfatında 17, keramikada 14, yuyucu vasitələrdə 1 və digər sahələrdə 17 faiz payla istifadə edilir.
Әlaqәli Xәbәrlәr
Türkiyə fındıq ixracatından 800 milyon dollardan çox gəlir əldə edib
Bu barədə Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin yaydığı bəyanatda məlumat verilib