Aİ-Avstraliya ticarət sazişi danışıqları uğursuzluqla nəticələndi

Avstraliyanın kənd təsərrüfatı naziri Mürrey Uot (Murray Watt) bildirib ...

2057859
Aİ-Avstraliya ticarət sazişi danışıqları uğursuzluqla nəticələndi

 

  Avropa İttifaqı ilə Avstraliya arasında 2018-ci ildən bəri davam edən və tərəflər arasında azad ticarət sazişinin imzalanması məqsədi daşıyan danışıqlar nəticəsiz qaldı.

  Rəsmi Kanberra danışıqların yenidən başlamasının illər çəkə biləcəyini söylədi.

  Tərəflər 7 ildir apardıqları danışıqlarda kimyəvi maddələrdən kosmetikaya qədər bir çox mövzuları müzakirə ediblər. Lakin Avstraliyanın mal və qoyun əti məhsulları üçün Avropa bazarına çıxış məsələsi hər dəfə danışıqların dayanmasına səbəb olub.

  Avstraliyanın kənd təsərrüfatı naziri Mürrey Uot (Murray Watt) bildirib: “Aİ nümayəndələri G-7-nin son iclasları çərçivəsində apardıqları danışıqlarda geri çəkilməkdən imtina edirlər. Avstraliyada hazırkı parlamentin səlahiyyət müddəti ərzində Aİ ilə danışıqlar yenidən aparılmaya bilər”.

  Qeyd edək ki, Avstraliya 2025-ci ildə parlament seçkilərinə gedəcək.



Әlaqәli Xәbәrlәr