THY və "China Eastern Airlines" arasında əməkdaşlıq müqaviləsi imzalanıb
“North Bund Forum 2023” beynəlxalq aviasiya forumu çərçivəsində Türk Hava Yolları (THY) ilə "China Eastern Airlines" arasında anlaşma memorandumu imzalanıb.

Çinin Şanxay şəhərində keçirilən “North Bund Forum 2023” beynəlxalq aviasiya forumu çərçivəsində Türk Hava Yolları (THY) ilə "China Eastern Airlines" arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə THY Mətbuat xidməti bildirib.
“Koronavirus epidemiyasından sonra Türkiye-Çin bazarının bərpasından ardınca "China Eastern Airlines" İstanbula uçuşlar təşkil etmək qərarına gəlib. Bu qərar və müzakirələrə uyğun olaraq, "China Eastern Airlines" bu gün ilk uçuşunu həyata keçirib. Şanxay-İstanbul marşrutu üzrə reyslər qarşılıqlı şəkildə, həftədə üç dəfə həyata keçiriləcək.” – deyə açıqlamada qeyd olunub.
Şanxayda keçirilən görüşdə iki aviaşirkət arasında əməkdaşlığın inkişafı və genişləndirilməsinə dair razılıq əldə olunub.
Bu çərçivədə iki hava yolu şirkəti arasında mövcud olan Xüsusi Proration Sazişinin səmərəliliyi artırılacaq.